ABŞ İrana nüvə proqramı ilə bağlı seçim təqdim etdi
ABŞ Energetika naziri Kris Rayt İranın nüvə proqramına danışıqlar yolu ilə son qoyulmasını istədiklərini, bunun mümkün olmaması halında hərbi vasitələrdən istifadə edə biləcəklərini bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ Energetika Nazirliyi bu barədə məlumat yayıb.
Raytın sözlərinə görə, Tramp administrasiyasının ilk gündən əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaq olub. O bildirib ki, İranın nüvə obyektlərinin və ölkənin sənaye potensialının məhv edilməsi üçün hərbi vasitələrdən istifadə zərurəti yaranarsa, ABŞ bundan istifadə edəcək.
Nazir həmçinin İranın dünya enerji təchizatına uzunmüddətli təhdid yaratmasına yol verilməyəcəyini vurğulayıb. Onun iddiasına görə, İranın nüvə proqramı kommersiya məqsədli zənginləşdirməyə deyil, nüvə silahı hazırlamağa yönəlib.
10:31 27.08.2026
Oxunuş sayı: 61