Qaçaq Nəbinin övladı olmayıb, kötücəsi necə olsun?
Son günlər sosial şəbəkələrdə Qaçaq Nəbinin kötücəsi olduğunu iddia edən qadın müsahibələr, açıqlamalar verir. Amma bir məsələ var ki, bir çox faktlarda Qaçaq Nəbinin övladının olmadığı qeyd olunur. Əgər həqiqətən belədirsə, onun kötücəsi olduğunu iddia edən qadın nə üçün Qaçaq Nəbinin kötücəsi kimi danışır?
Mövzu ilə bağlı tarixçi Ceyhun Bayramlı Crossmedia.az-a açıqlama verib:
“Bu yalandır. Həcərin Qaçaq Nəbidən yoldaşı olmayıb. Həcər Qaçaq Nəbidən sonra başqası ilə ailə həyatı qurub və bu evlilikdən övladları olub. Ola bilər ki, o danışan kötücə, Həcərin ikinci evliliyindən olan nəslin nümayəndəsidir. O nəslin kötücəsidir. Amma əminliklə deyirəm ki, Qaçaq Nəbinin heç bir övladı olmayıb, kötücəsi necə olsun?”.
Tarixçi Mübariz Ağalarlı isə qeyd edir ki, o, indi təbii ki, bir az artıq ənənə halını alıb. O məlumat var, belə ki, biri durur deyir filankəsin kötücəsiyəm biri deyir filan, kəsin. Gedir kimdənsə babasının adını tapır, daha doğrusu, babasının adına oxşar bir adamın adını tapır və iddia edir ki, mənim babamdır. Amma təbii ki, eyni adda, bir neçə insan ola bilərdi hansısa bir kənddə. Amma bununla bağlı düşünmürəm ki, o, real bir faktdır. Çünki bütün tarix kitablarında o fakt öz əksini tapıb ki, Qaçaq Nəbinin övladı olmayıb”.
Ayhan
19:30 26.08.2026
Oxunuş sayı: 56