Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
Kişi boksçulardan ibarət Azərbaycan millisi Gürcüstanın Tsxaltubo şəhərində təlim-məşq toplanışı keçəcək.
Crossmedia.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komanda hazırlığa bu gün 17 idmançı ilə yollanıb.
Boksçular sentyabrın 10-da yekunlaşacaq toplanışda Gürcüstan, Belarus və İsraillə birgə məşq edəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.
Məşqlər Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlığın son mərhələsidir.
12:04 26.08.2026
Oxunuş sayı: 55