"Gəncə" amerikalı basketbolçu Montavius Mörfini heyətinə cəlb edib
"Gəncə" basketbol klubu ABŞ-dən olan forvard Montavius Mörfi ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Bu barədə Crossmedia.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
206 sm boya malik basketbolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı forvardın sonuncu klubu Bolqarıstan "Minyor"u olub.
10:09 26.08.2026
Oxunuş sayı: 52