Ermənistanda zabitin “cəzası” faciə ilə nəticələndi: 19 yaşlı əsgər öldü
Ermənistanda 19 yaşlı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Suren Vardanyanın ölümü ilə bağlı batalyon qərargah rəisi həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, hadisəyə hərbi hissənin yeməkxanasında baş verən münaqişə səbəb olub. İddialara əsasən, qərargah rəisi əsgərləri cəza məqsədilə gecə vaxtı qaçışa göndərib.
Qaranlıqda qaçış zamanı Vardanyanı işıqları yanmayan yük avtomobili vurub. Avtomobili idarə edən müqaviləli hərbi qulluqçunun sürücülük vəsiqəsinin olmadığı bildirilir. Əsgər aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib. Hadisə ilə bağlı araşdırma aparılır. Batalyonun qərargah rəisi hazırda həbsdə saxlanılır.
13:22 26.08.2026
Oxunuş sayı: 48