Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
"Qarabağ" "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacaq.
Crossmedia.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib. Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah"ı da təbrik edib: "Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram. "Tvente" ilə oyun bizim üçün vacibdir. Maraqlı oyun olacaq. Azarkeşləri sevindirməyə çalışacağıq".
O, maksimum diqqətli olmağın vacibliyini vurğulayıb: "Belə oyunlarda rəqibdən daha çox özümüzü dəyərləndirmişəm. Hazırlıq səviyyəmizlə bağlı düşünmüşəm. Həddindən artıq diqqətli olmalıyıq. Rəqib potensiallı futbolçulara malikdir. Hesabda öndə olmağımız əlavə üstünlükdür, həm də təhlükədir". Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
13:49 26.08.2026
Oxunuş sayı: 51