Trampın xüsusi nümayəndəsi: Suriyada əsl inteqrasiya belə görünür
ABŞ-nin Türkiyədəki səfiri və Prezident Donald Trampın Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak suriyalı kürdlərin Dəməşqlə inteqrasiyası barədə açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Tom Barrak bu barədə sosial şəbəkədə paylaşım edib.
O, Suriya Demokratik Qüvvələrinin Dəməşqlə inteqrasiyasını ölkədə birliyin təmin edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.
“Əsl inteqrasiya belə görünür: qaliblər və məğlublar yoxdur, fərqli baxışlara malik keçmiş həmkarlar suveren Suriya dövlətinin gücləndirilməsi üçün diplomatik həll hazırlayırlar. Bir ordu, bir hökumət, bir dövlət”, – deyə Barrak bildirib.
09:56 26.08.2026
Oxunuş sayı: 46