Məscidə hücum etdilər, 600 nəfəri APARDILAR – Nigeriyada dəhşət
Nigeriyanın Niger ştatında məscidə silahlı hücum zamanı təxminən 600 qadın, uşaq və yaşlı şəxsin oğurlandığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə yerli sakinlərə istinadən məlumat yayıb.
Sakinlərin sözlərinə görə, silahlı qruplaşma meşəlik ərazidə silahlı şəxslərin əhatəsində oturan girovların görüntüləndiyi video yayıb. “Reuters” videonun həqiqiliyini müstəqil şəkildə təsdiqləyə bilməyib. Polis və Niger ştatının hakimiyyət orqanları isə məsələ ilə bağlı sorğulara cavab verməyiblər.
Bildirilir ki, görüntülər Dəkara kəndində cümə namazı zamanı məscidə edilən hücumdan iki gün sonra yayılıb. Yerli sakinlərin sözlərinə görə, silahlı şəxslər eyni vaxtda bir neçə yaşayış məntəqəsinə hücum ediblər.
Polis daha əvvəl həmin ərazidə ibadət edənlərə qarşı hücumun baş verdiyini təsdiqləsə də, oğurlanan şəxslərin sayını dəqiqləşdirə bilmədiyini bildirib.
09:10 26.08.2026
Oxunuş sayı: 45