ABŞ-də evdə atışma: bir neçə uşaq öldü
ABŞ-nin Montana ştatının Billinqs şəhərində yaşayış evində baş verən silahlı atışma nəticəsində bir neçə nəfər, o cümlədən uşaqlar həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
Məlumata görə, silahlı şəxsin evdə atəş açmasından sonra binada yanğın başlayıb. Hadisə nəticəsində bir neçə böyüklə yanaşı, bir neçə uşağın da öldüyü bildirilir.
Silahlı şəxs daha sonra özünü güllələyərək intihar edib. Hadisənin digər təfərrüatları və atışmanın səbəbləri barədə araşdırma aparılır.
11:26 25.08.2026
Oxunuş sayı: 58