Atama dedilər ki, Mikayıl Müşfiq ölməyib, Sibirdə yaşayır - Anar
Mikayıl Müşfiqin ölümü ilə bağlı araşdırmam davam edir. Qeyd etmək istəyirəm ki, araşdırma tam obyektiv faktlar əsasında mütəxəssislərlə aparılır. Araşdırmada heç bir qərəz, mənafe güdülmür. Bu günki müsahibim Mikayıl Müşfiqin ən yaxın dostunun oğludur. Və onun atasına Mikayıl Müşfiqin sağ olması xəbəri hələ 1940-cı illərdə verilib.
Mövzu ilə bağlı Xalq yazıçısı Anar Crossmedia.az-a açıqlama verib:

“Atamın,
anamın, nənəmin Müşfiq haqqında danışdıqları yadımdadı. Onlar Müşfiqi çox
sevirdilər, Müşfiq bizim evin adamı idi. Təəssüf ki, onun taleyi belə acı gətirdi.
Düşünürəm ki, onun güllələnməsi həqiqətdir. İstintaq şəkillrindən də görünür
ki, bu işgəncəyə məruz qalan dustaqdır. O vaxt atama da dedilər ki, Müşfiq
Sibirdə yaşayır, saqqal saxlayır, adını dəyişdirib. Amma atam inanmadı. Çünki bir
şaiyə yaymışdılar ki, Hüseyn Cavid sürgündən qayıdır, Abdulla Şaiq də onu
qarşılamağa getmişdi. Amma məlum oldu ki, bu bir təxribatdır. Ona görə
inanmırdıq. İndi kimlərsə gündəmə gəlmək, diqqəti çəkmək üçün ən müqəddəs şeylərə
belə dil uzadır. Ona görə mənə elə gəlir ki, bu məsələlərdə çox ehtiyatlı olmaq
lazımdır”.
11:00 25.08.2026
Oxunuş sayı: 56