Makron Rusiyaya qarşı yeni tipli sanksiyaların tətbiqini təklif edib
Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı yeni tipli sanksiyaların tətbiqini təklif edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanın enerji ixracını deyil, enerji resurslarının ölkəyə idxalını hədəf almalıdır.
Makron bildirib ki, kölgə donanmasına qarşı görülən tədbirlər və Ukrayna Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində Rusiya üçüncü ölkələrdən dizel yanacağı, neft və qaz almağa başlayıb.
Fransa lideri Rusiyaya enerji resurslarının tədarükünün qarşısını almaq üçün yeni sanksiyalar paketinin hazırlanmasının vacib olduğunu vurğulayıb. O qeyd edib ki, Rusiya əvvəllər əsasən enerji ixracatçısı olduğu üçün belə tədbirlərə ehtiyac olmayıb, lakin hazırda vəziyyət dəyişib və ölkə enerji resursları idxal edir.
Makron həmçinin neft və qazın bir hissəsinin İsveçrə şirkətləri tərəfindən alındığını bildirib.
20:16 24.08.2026
Oxunuş sayı: 53