Rusiya NATO-nun səbrini yeni təxribat dalğası ilə sınağa çəkir
Qərb kəşfiyyatının məlumatlarına görə, Rusiya Avropada Ukrayna üçün silah istehsal edən müəssisələrə qarşı təxribatlarda yerli cinayətkar qruplardan daha çox istifadə etməyə başlayıb.
Crossmedia.az “The Telegraph”a istinadən xəbər verir ki, məqsəd NATO-nun 5-ci maddəsini işə salmasına səbəb ola biləcək həddi keçmədən müəssisələrə zərər vurmaqdır.
Son dövrlərdə Estoniya, Çexiya, Bolqarıstan və İtaliyadakı müdafiə sənayesi müəssisələrində şübhəli yanğın və partlayışlar baş verib. Bir neçə hadisə üzrə araşdırmalarda Rusiyanın mümkün iştirakı da yoxlanılır.
Kəşfiyyat hesab edir ki, Moskva bu yolla həm Ukraynaya silah tədarükü zəncirinə zərbə vurur, həm də NATO-nun hansı həddə qədər cavab verməyəcəyini sınaqdan keçirir.
22:23 23.08.2026
Oxunuş sayı: 53