Rusiyada pank festivalında 100-ə yaxın şəxs saxlanılıb
Rusiyanın şəhəri yaxınlığında, Finlandiya sərhədinə yaxın meşəlik ərazidə keçirilən pank festivalında hüquq-mühafizə orqanları 100-ə yaxın şəxsi saxlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları bu barədə məlumat yayıb. Hüquq-mühafizə orqanlarının iddiasına görə, festival iştirakçıları Ukraynanı dəstəkləyib, Ukrayna musiqisinə qulaq asıb və Ukrayna simvollarından istifadə ediblər. Həmçinin saxlanılan şəxslərin hakimiyyət dəyişikliyi planlaşdırdığı iddia edilib.
20:49 23.08.2026
Oxunuş sayı: 60