Reydlər zamanı ağaclar kökündən çıxarıldı, 13 nəfər saxlanılıb
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 13 fələstinlini, o cümlədən bir uşağı saxlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Reydlərin Nablus, Beytləhm, Kalkiliya, Tulkərəm və Ramallah şəhərlərində həyata keçirildiyi bildirilib.
Məlumata görə, əməliyyatlar zamanı bəzi əmlaklara ziyan vurulub, kənd təsərrüfatı sahələri dağıdılıb, zeytun və üzüm ağacları kökündən çıxarılıb.
22:12 23.08.2026
Oxunuş sayı: 57