Azərbaycanda əhalinin gəlirləri artıb- STATİSTİKA
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil edib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çoxdur.
Həmin dövrdə istehlak qiymətləri 5,7 faiz artıb.
Komitənin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 1176,7 manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz yüksəlib.
11:25 09.10.2026
Oxunuş sayı: 216