“OpenAI” Rusiya və İranın dezinformasiya şəbəkələri ilə əlaqəli “ChatGPT” hesablarını bloklayıb
“OpenAI” süni intellekt vasitəsilə yaradılmış məzmun və saxta kimliklərdən istifadə edən Rusiya və İranın təbliğat əməliyyatları ilə əlaqəli “ChatGPT” hesablarını blokladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “OpenAI” şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, İranla əlaqəli şəbəkə özünü Qərb jurnalistləri kimi təqdim edən yeddi saxta profildən istifadə edərək dünyanın müxtəlif ölkələrindəki təxminən 12 media platformasında 100-ə yaxın məqalə yayımlayıb. ABŞ-İran müharibəsi başlayandan sonra şəbəkənin fəallığının artdığı bildirilib.
Rusiya ilə əlaqəli əməliyyat isə Ukraynaya qarşı təbliğat aparmaq və Latın Amerikasında siyasi proseslərə təsir göstərmək məqsədilə “Social Research Center” (SRC) adlı guya müstəqil araşdırma mərkəzindən istifadə edib.
“OpenAI” qeyd edib ki, mərkəzin yerli əməkdaşları, görünür, Rusiya qrupu üçün çalışdıqlarından xəbərsiz olublar. Şirkət bu əməliyyatı son iki il yarım ərzində qarşısını aldığı ən mürəkkəb saxta təşkilat əməliyyatı kimi xarakterizə edib.
10:58 09.10.2026
Oxunuş sayı: 190