Crossmedia.az sizə təşəkkür edir!
Crossmedia.az Analitik İnformasiya Portalının sosial şəbəkə hesablarında paylaşılan materiallara maraq gündən-günə artır. Portalın müxtəlif platformalardakı hesablarında yayımlanan xəbər, analitik yazı, müsahibə və videolar izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Son dövrdə sosial şəbəkə hesablarımızda iki ayda 109 milyon (iyul ayı 64 milyon, avqust ayı 45 milyon) izlənmə qeydə alınıb. Bu göstərici Crossmedia.az-ın təqdim etdiyi operativ, obyektiv və analitik informasiyaya olan ictimai marağın göstəricisidir.
Bizim üçün hər
bir izləyicinin dəstəyi və etimadı olduqca dəyərlidir. Bizi izləyən,
paylaşımlarımızı bəyənən, şərh yazan və xəbərlərimizi öz çevrəsində paylaşan hər
kəsə təşəkkür edirik.
Crossmedia.az bundan sonra da gündəmin əsas hadisələrini operativ şəkildə işıqlandırmağa, cəmiyyət üçün əhəmiyyətli mövzuları araşdırmağa və oxucularına etibarlı informasiya təqdim etməyə davam edəcək.
Sizin dəstəyiniz
bizim üçün böyük motivasiyadır. Təşəkkür edirik!
14:15 20.08.2026
Oxunuş sayı: 66