Əsgərləri orduda saxlamaq üçün bundan istifadə etdi
ABŞ ordusunun Gürcüstan ştatındakı Fort-Stüart bazasında yerləşən piyada diviziyası müqaviləsini ən azı iki il uzadan hərbçilərə GTA VI oynamaq üçün dörd günlük məzuniyyət təklif edir.
Crossmedia.az xəbər verir ki, “Variety” bu barədə məlumat yayıb.
Məlumata görə, hərbçilər müqavilələrini avqustun 1-dən noyabrın 14-dək olan müddətdə uzatmalıdırlar. ABŞ ordusunun 3-cü Piyada Diviziyasının nümayəndəsi, polkovnik-leytenant Endcel Tomko bildirib ki, mühəndis batalyonunda xidmət edən 130 hərbçidən 20-si artıq bu təşviq proqramı çərçivəsində müqaviləsini uzadıb.
Tomkonun sözlərinə görə, ideya batalyonda çalışan karyera məsləhətçisinə məxsusdur. Məsləhətçi 2027-ci maliyyə ili üzrə müqavilələrin uzadılması planına çatmaq üçün rəhbərliyə yenilənmiş “yaradıcı təşviq proqramı” təklif edib.
“GTA” seriyasının beşinci hissəsi 12 il əvvəl satışa çıxarılıb və 185 milyondan çox nüsxə satılaraq dünyada “Minecraft”dan sonra ən çox satılan ikinci videooyun olub. “Minecraft”ın satışları isə 300 milyondan çoxdur.
“GTA VI”nın təqdimatı 19 noyabr 2026-cı ildə baş tutacaq. Analitiklərin fikrincə, oyun tarixdə hazırlanması ən baha başa gələn videooyun ola bilər.
11:48 20.08.2026
Oxunuş sayı: 62