AFFA-nın Lisenziya Komissiyasının iclasında "Goranboy" OİK-in sənədlərinə baxılıb
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə milli assosiasiyadan məlumat verilib.
Toplantıda 2026/2027 AFFA "Yüksək Qızlar Liqası"nda iştirak etmək üçün xüsusi dövr çərçivəsində müraciət etmiş "Goranboy" OİK-in sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası "Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar"ın (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra sözügedən kluba AFFA "Yüksək Qızlar Liqası"nda iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib.
19:04 19.08.2026
Oxunuş sayı: 47