Elbrus dağında 8 nəfər itkin düşüb
Kabardin-Balkar Respublikasında Elbrus dağında 8 nəfərin itkin düşdüyü bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda itkin düşən şəxslərin axtarışları ilə bağlı məlumatlar dəqiqləşdirilir. Elbrusda daha əvvəl də əlverişsiz hava şəraiti və mürəkkəb relyef səbəbilə alpinistlərlə bağlı xilasetmə əməliyyatları keçirilib.
23:45 17.08.2026
Oxunuş sayı: 53