CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: tolerantlıq

16:16 27.10.2026

Vüqar Rəhimzadə: Müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi əsas çağırışlardandır

78

Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən beynəlxalq dialoq platforması kimi dünyanın diqqətində olduğu xüsusi qeyd edilir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyasına, eyni zamanda, onların əhatə etdikləri mövzulara diqqət yetirsək bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu, yerini, söz sahibliyini, malik olduğu imkanların fonunda yüksək səviyyədə təşkilatçılığını aydın görə bilərik. Bugünümüzün reallıqları bu məqamı da təsdiqləyir ki, müasir beynəlxalq münasibətlərdə dövlətin nüfuzu iqtisadi və hərbi potensialı ilə yanaşı, fərqli maraqlara malik tərəfləri dialoq ətrafında birləşdirmək, ortaq gündəliyin formalaşmasına töhfə vermək bacarığı ilə də ölçülür. Azərbaycanın son illərdə ev sahibliyi etdiyi tədbirlərə diqqət yetirdikdə coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən ölkəmizin Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rola malik olduğu bir daha təsdiqlənir. Prezident İlham Əliyevin çıxışlarında da hər zaman qeyd etdiyi kimi, Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR