Rusiyada əmək miqrantları ilə bağlı SƏRT TƏKLİF
Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) əmək miqrantları üçün müqaviləyə bağlı viza rejiminin tətbiqini və işəgötürənlərin onların yaşayış, tibbi xidmət, vergi öhdəlikləri və ölkədən çıxışına görə şəxsi məsuliyyət daşımasını təklif edib.
Crossmedia.az xəbər verir ki, LDPR sədri Leonid Slutski bu barədə “TASS”a açıqlama verib.
Slutski həmçinin Rusiyaya gələn əmək miqrantlarına Rusiya pasportlarının verilməsinin tamamilə dayandırılmasının zəruri olduğunu bildirib. Təklifin miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi və işəgötürənlərin məsuliyyətinin artırılması məqsədi daşıdığı qeyd olunur.
23:29 16.08.2026
Oxunuş sayı: 54