İranda ABŞ və İsrail mediasına müsahibə qadağası
İran parlamenti vətəndaşların ABŞ və İsrail mediasına müsahibə verməsini qadağan edən qanun layihəsini təsdiqləyib. Sənədə əsasən, bu qadağanı pozan şəxsləri 6 aydan 2 ilədək həbs cəzası gözləyə bilər. Qanun layihəsinin qüvvəyə minməsi üçün əlavə müzakirələrdən keçməsi və Konstitusiyanın Mühafizəsi Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters İran parlamentinin Hüquq və Məhkəmə Komissiyasının üzvü Osman Salarinin açıqlamasına istinadən məlumat yayıb. Bildirilib ki, qanun layihəsi düşmən ölkələrin kəşfiyyat xidmətlərinin təsirinə qarşı mübarizəyə yönəlib.
Sənədə əsasən, ABŞ və ya İsrail mediasına müsahibə verən İran vətəndaşları 6 aydan 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Bununla belə, sənəd hələ yekun xarakter daşımır və əlavə müzakirələrdən keçməlidir.
18:33 16.08.2026
Oxunuş sayı: 67