Çanaqqalada qədim hamamın gizli bölmələri üzə çıxarılır
Türkiyənin Çanaqqala vilayətinin Ayvacıq rayonunda yerləşən Apollon Smintheus Müqəddəs Ziyarətgahında aparılan arxeoloji qazıntılar zamanı qədim hamama aid yeni hissələr aşkar edilir. Araşdırmaların eramızın III əsrinə aid olduğu ehtimal edilən Qərb Hamamında aparıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, qazıntılar zamanı hamama məxsus soyuq su hovuzlarının (frigidarium) və soyunma məkanının (apodyterium) qalıqları üzə çıxarılır. Ayvacıq rayonunun Gülpınar kəndində yerləşən ərazidə qazıntı və bərpa işlərinə 1980-ci ildən başlanılıb.
Arxeoloji tədqiqatlar müxtəlif elm sahələrindən olan mütəxəssislərin iştirakı ilə davam etdirilir. Qazıntılarda arxeoloq, antropoloq, restavrator, memar, sənət tarixçisi və epiqraf mütəxəssisləri çalışır.
04:20 17.08.2026
Oxunuş sayı: 38