Pezeşkianın sözləri diqqət çəkdi: Neft sata bilmirik
İran Prezidenti Məsud Pezeşkian ölkənin neft gəlirlərinin azalmasının və idxal imkanlarının məhdudlaşmasının iqtisadi vəziyyətə ciddi təsir etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian son iki müharibənin İran iqtisadiyyatına təsirlərindən danışarkən neft satışında çətinlik yarandığını və ölkənin gəlirlərinin azaldığını deyib.
Onun sözlərinə görə, idxalın çətinləşməsi və bəzi istehsal müəssisələrinin zərər görməsi iqtisadi problemləri daha da dərinləşdirib və hökumət üzərindəki təzyiqi artırıb.
Pezeşkian həmçinin qiymət artımının mövcud şəraitdə əsasən idxal xərclərinin yüksəlməsi ilə bağlı olduğunu vurğulayıb.
10:44 16.08.2026
Oxunuş sayı: 44