Britaniya müdafiə naziri: “Azərbaycan bizim üçün dəyərli tərəfdaşdır”
Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker Azərbaycanın Böyük Britaniya üçün dəyərli tərəfdaş olduğunu və iki ölkə arasında müdafiə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, Koaker bu fikirləri Bakıda keçirilən ADEX-2026 sərgisi çərçivəsində səsləndirib. O, Azərbaycanın səfərinin əvvəlki görüşlərin nəticələrinə əsaslandığını və əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Britaniya rəsmisi bildirib ki, Azərbaycanla tərəfdaşlıq etimad və qarşılıqlı hörmət üzərində qurulur. Onun sözlərinə görə, əməkdaşlığın əsas istiqamətləri iqtisadi inkişaf, təhlükəsizlik və innovasiyadır.
Koaker həmçinin ADEX-2026 sərgisində ilk dəfə Böyük Britaniya Müdafiə Nazirliyinin pavilyonunda 18 britaniyalı şirkətin təmsil olunduğunu qeyd edib.
Qeyd edək ki, sentyabrın 30-da Prezident İlham Əliyev Lord Vernon Koakeri qəbul edib. Görüşdə Azərbaycan-Böyük Britaniya müdafiə və müdafiə sənayesi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
16:33 01.10.2026
Oxunuş sayı: 42