Paşinyan: İran əleyhinə sanksiyalara qoşula bilərik
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İrana qarşı tətbiq edilməsi nəzərdə tutulan yeni ABŞ sanksiyalarına qoşulması ehtimalını istisna etməyib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistan hökuməti ABŞ-ın İrana qarşı yeni sanksiyalar paketini araşdırır. Onun sözlərinə görə, Ermənistan bütün tərəfdaşları ilə münasibətlərdə şəffaf davranır və dost ölkələrlə əlaqələrin qorunması üçün mümkün addımları atmağa çalışır.
Baş nazir qeyd edib ki, Ermənistanın əsas narahatlığı ölkənin özünün sanksiyalara məruz qalması riskidir.
16:38 01.10.2026
Oxunuş sayı: 42