Rusiya ilə Macarıstan arasında diplomatik gərginlik artır
Rusiya Macarıstanın 10 rusiyalı diplomatını ölkədən çıxarmasına cavab olaraq Moskva, Sankt-Peterburq və Kazanda fəaliyyət göstərən bir qrup macar diplomatının ölkədən çıxarılması barədə qərar verib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Qərarın Macarıstanın Budapeştdəki Rusiya diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarmasına cavab olaraq qəbul edildiyi bildirilib.
18:08 01.10.2026
Oxunuş sayı: 40