Türkiyə neft hasilatını artıracaq
Türkiyə Qabar dağı ərazisində neft hasilatını artıraraq gündəlik 100 min barrelə çatdırmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu barədə açıqlama verib.
O bildirib ki, hazırda Qabar dağındakı yataqda gündəlik neft hasilatı 83 min barrel təşkil edir və bu göstəricinin 100 min barrelə çatdırılması nəzərdə tutulur.
Kurtulmuş qeyd edib ki, cəmi bir neçə il əvvəl ölkənin cənub-şərqində terrorçu qrupların fəaliyyəti səbəbindən heç bir mülki şəxs Qabar dağına yaxınlaşa bilmirdi. Hazırda isə həmin ərazidə neft hasilatı həyata keçirilir.
10:17 16.08.2026
Oxunuş sayı: 43