Husilər Yəməndə Moha limanına raket zərbəsi endirib - Ölənlər var
Yəməndə husilər Qırmızı dəniz sahilində hökumətin nəzarətində olan Moha limanına 6 ballistik raket atıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hücum nəticəsində ən azı 7 nəfərin öldüyü bildirilir. Zərbə nəticəsində bir neçə gəminin batdığı, həmçinin balıqçı qayıqlarının yandığı qeyd olunur.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb. Yəməndə husilər ilə hökumət qüvvələri arasında qarşıdurmalar davam edir.
23:05 15.08.2026
Oxunuş sayı: 38