Claude ilk dəfə real işçini işdən çıxarıb
ABŞ-də aparılan eksperiment zamanı süni intellekt modeli Claude ilk dəfə real əməkdaşların idarə edilməsində menecer rolunda çıxış edib və işçilərdən birini işdən azad edib.
Crossmedia.az xəbər verir ki, “Time” jurnalının məlumatına görə, Claude San-Fransiskoda yerləşən mağazanın idarə olunmasında istifadə olunub.
Süni intellekt 23 növbədən 17-sinə gecikən əməkdaşla bağlı əvvəlcə yalnız rəsmi xəbərdarlıq verməyi təklif edib.
Lakin Andon Labs şirkətinin meneceri işçinin davamlı gecikmələri ilə bağlı Claude-a əlavə məlumat verdikdən sonra yekun qərar dəyişib və əməkdaş işdən çıxarılıb.
Andon Labs rəhbəri bu hadisəni süni intellektin inkişafında mühüm mərhələ adlandırıb. Onun sözlərinə görə, bu təcrübə gələcəkdə süni intellektin idarəçilik sahəsində daha geniş istifadəsinə yol aça bilər.
Bununla yanaşı, eksperiment süni intellektin məhdudiyyətlərini də göstərib. Belə ki, beş ay ərzində Claude tərəfindən idarə olunan biznesin balansı 100 min dollardan 61,2 min dollara qədər azalıb.
23:35 14.08.2026
Oxunuş sayı: 33