Çin Yaponiyaya xəbərdarlıq etdi: Beynəlxalq qaydalara əməl edin
Çin Yaponiyanı Kuril adaları məsələsində beynəlxalq nizamı qorumağa və İkinci Dünya müharibəsində antifaşist koalisiyanın qələbəsinin nəticələrinə hörmət etməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Yaponiyanın narazılığına münasibət bildirərkən deyib.
Çin Xarici İşlər Nazirliyi vurğulayıb ki, İkinci Dünya müharibəsinin nəticələri əsasında formalaşmış beynəlxalq sistemə hörmət göstərilməlidir. Qeyd edək ki, Kuril adalarının statusu Rusiya və Yaponiya arasında uzun illərdir mübahisə mövzusudur.
18:45 14.08.2026
Oxunuş sayı: 45