ABŞ NATO müttəfiqlərinə: "Tramp" siyasətinə sadiqsinizmi?
ABŞ NATO üzrə müttəfiqlərindən Donald Tramp administrasiyasının xarici siyasətinə nə dərəcədə sadiq olduqları barədə məlumat vermələrini tələb edib.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Məlumata görə, bu addım ABŞ-nin Avropadakı hərbi mövcudluğunu mümkün şəkildə azaltmasından əvvəl atılıb.
NATO ölkələrinə göndərilən sorğuda onlardan ABŞ-nin xarici siyasətinə “ictimai dəstək” verib-vermədikləri və Vaşinqtondan müdafiə sənayesi sahəsində alışlara hər hansı məhdudiyyət tətbiq edib-etmədikləri soruşulub.
Müttəfiqlərin bu sorğunu ABŞ-nin müdafiəsi müqabilində onları ideoloji baxımdan eyni mövqeyə məcbur etmək cəhdi kimi qiymətləndirdiyi bildirilir.
17:14 14.08.2026
Oxunuş sayı: 46