Tramp dron idxalına yeni rüsumlar tətbiq edir
ABŞ Prezidenti Donald Tramp pilotsuz uçuş aparatlarının və onların komponentlərinin idxalına yeni gömrük rüsumlarının tətbiqinə dair qərar imzalayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” Ağ Evə istinadən bu barədə məlumat yayıb.
Qərara əsasən, milli təhlükəsizlik baxımından həssas hesab edilən müəyyən ölçülü və imkanlı dronlara 100%, daha kiçik dronlara isə 25% rüsum tətbiq olunacaq.
Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan gətirilən dron və komponentlərə 15%, Böyük Britaniyadan idxal edilən dronlara isə 10% rüsum müəyyənləşdirilib.
Ağ Ev bildirib ki, yeni rüsumlar 21 gündən sonra qüvvəyə minəcək. Daha az həssas dron komponentləri üçün isə rüsumların tətbiqi imzalanmadan 180 gün sonra başlayacaq.
16:10 14.08.2026
Oxunuş sayı: 48