Gülnur Heydərova yüksək vəzifəyə TƏYİN OLUNDU
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) yeni təyinat baş tutub.
Crossmedia.az xəbər verir ki, Gülnur Heydərova AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bununla bağlı Agentlik sədri Sərdar Hacıyev əmr imzalayıb.
Qeyd edək ki, ötən ilin dekabrından AXA-da çalışan G.Heydərova yeni təyinata qədər Laboratoriyaların idarə olunması və keyfiyyətə nəzarət üzrə Baş mütəxəssis vəzifəsində işləyib.
2018-2025-ci illərdə isə, o, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fəaliyyət göstərib.
16:25 28.09.2026
Oxunuş sayı: 43