KİV: Qlobal neft ehtiyatları müharibənin yaratdığı böhranı qarşılaya biləcəkmi?
ABŞ-İran müharibəsinin uzanması fonunda neft treyderləri və siyasətçilər qlobal neft ehtiyatlarının təchizatda yarana biləcək ən böyük böhranı kompensasiya etməyə kifayət edib-etməyəcəyini araşdırırlar.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Nəşrin hesablamalarına görə, müharibə başlayandan bəri dünya neft bazarı 2,6 milyard barel neft itkisi ilə üzləşib. Bu, müharibədən əvvəlki gündəlik 103 milyon barellik qlobal tələbat nəzərə alınmaqla, təxminən 25 günlük istehlaka bərabərdir.
Əksər analitiklər qlobal bazarda gündəlik neft çatışmazlığının təxminən 5 milyon barel olduğunu düşünür. “Saudi Aramco” isə Körfəz regionundan gündəlik 11 milyon barel neft tədarükünün itirildiyini bildirir.
“Reuters” qeyd edir ki, Çinin son aylarda neft tələbatını azaltması qlobal istehlakın aşağı düşməsinə səbəb olub. Bununla yanaşı, Ukrayna PUA-larının 1,8 milyon barel/gün ötürücülük qabiliyyətinə malik Qazaxıstanın CPC neft kəmərinin fəaliyyətini dayandırması iyul ayında bazardakı çatışmazlığı daha da artırmış ola bilər.
16:05 14.08.2026
Oxunuş sayı: 43