KİV: Şimali Koreya Rusiyaya daha 50 min hərbçi göndərə bilər
Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək məqsədilə daha 50 minə yaxın hərbçi göndərə biləcəyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “DW” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Pxenyanın hazırladığı mümkün əlavə qüvvə əvvəlki əməkdaşlıq mərhələsində Rusiyaya göndərilən hərbçilərin sayından xeyli çoxdur. Daha əvvəl Şimali Koreyanın Kursk vilayətinə 14-15 minə yaxın hərbçi göndərdiyi bildirilmişdi.
İddialara görə, yeni qüvvələr Kursk, Bryansk və Belqorod vilayətlərinə yerləşdirilə bilər. Onların həmin ərazilərdə cəbhə xəttini saxlaması və bununla da Rusiya hərbçilərinin Ukraynaya göndərilməsinə imkan yaratması nəzərdə tutulur.
Bundan əlavə, Şimali Koreyanın Rusiyaya mühəndislər, inşaatçılar və qadın tibb işçiləri göndərə biləcəyi qeyd olunur.
14:35 14.08.2026
Oxunuş sayı: 42