Belarusda gizli razılaşma: Rusiya və Ukrayna növbəti mübadilə həyata keçirib
Rusiya və Ukrayna arasında növbəti mülki şəxslərin mübadiləsi Belarus ərazisində həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, “BelTA” agentliyinin məlumatına görə, mübadilə nəticəsində 8 nəfər Rusiyaya, 7 nəfər isə Ukraynaya göndərilib.
Tərəflər arasında keçirilən bu cür humanitar mübadilələr münaqişə zamanı saxlanılan və ya müxtəlif səbəblərdən digər ölkənin ərazisində qalan mülki şəxslərin geri qaytarılmasına yönəlib.
18:10 13.08.2026
Oxunuş sayı: 53