Qəza nəticəsində 7 nəfər öldü, 13 nəfər yaralandı
Türkiyənin Qaziantep vilayətində sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər ölüb, 13 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, "NTV" bu barədə məlumat yayıb.
Hadisə Qaziantepin Nurdağı rayonunun Acaroba kəndi yaxınlığında, Qaziantep-Osmaniyə avtomobil yolunun kənd ərazisində baş verib. Qəza zamanı sərnişin mikroavtobusu aşıb, minik avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.
Məlumata görə, qəza minik avtomobilinin sürücüsünün düzgün olmayan ötmə manevri etməsi nəticəsində baş verib. Toqquşmadan sonra mikroavtobus aşıb.
Qəza nəticəsində minik avtomobilində olan 7 nəfərin hamısı həyatını itirib. Yaralanan 13 nəfər isə xəstəxanalara çatdırılıb.
Hadisə yerinə təcili tibbi yardım, jandarma, yanğınsöndürmə və AFAD qrupları cəlb olunub.
21:54 27.09.2026
Oxunuş sayı: 41