ZƏFƏRNAMƏ - Sənədli film
CROSSMEDIA 44 günlük Vətən müharibəsində xalqımızın keçdiyi ağır və şərəfli yolu, tarixi Zəfərin arxasında dayanan qəhrəmanlığı və böyük fədakarlığı əks etdirən sənədli film hazırlayıb. Film 44 gün ərzində yaşanan hadisələrə müxtəlif baxışları bir araya gətirir. Sənədli filmdə həmin dövrün siyasi mahiyyəti ilə bağlı fikirlər, Vətən müharibəsinin iştirakçıları olan qəhrəmanlarımızın döyüş xatirələri, şəhid ailələrinin yaşadığı ağrı və qürur, eləcə də Zəfərə gedən yolun şahidi olan insanların düşüncələri təqdim olunur. CROSSMEDIA olaraq bu filmi 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram, qəhrəmanlarımızın göstərdiyi misilsiz şücaətə isə bir vəfa borcu kimi hazırladıq. Bu film həm tarixi yaddaşa, həm də Zəfərin arxasında dayanan insan talelərinə bir baxışdır.
21:57 27.09.2026
Oxunuş sayı: 98