Britaniya baş nazirindən hərbi baza insidenti ilə bağlı çağırış
Böyük Britaniyanın baş naziri Endi Börnhəm RAF Fairford hərbi bazası yaxınlığında baş verən insidentlə bağlı ictimaiyyətə müraciət edib.
Crossmedia.az xəbər verir ki, Börnhəm X sosial şəbəkəsindəki paylaşımında hadisənin yerli sakinlərdə və ölkə üzrə vəziyyəti izləyən insanlarda ciddi narahatlıq yaratdığını bildirib.
Baş nazir araşdırmanın davam etdiyini qeyd edərək, səlahiyyətli qurumlar hadisənin bütün təfərrüatlarını müəyyənləşdirənədək insanların fərziyyələr irəli sürməməsinə çağırıb.
20:15 27.09.2026
Oxunuş sayı: 39