Rusiyada daha bir neft emalı zavodunun fəaliyyəti dayandı
Rusiyanın Orsk şəhərindəki “Orsknefteorgsintez” neft emalı zavodu PUA hücumundan sonra fəaliyyətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin mənbələrinə görə, avqustun 11-də baş verən hücum zamanı PUA-lar zavodun bəzi neft emalı qurğularına zərər vurub və ərazidə yanğın baş verib.
Bu, avqustun əvvəlindən Rusiyada PUA hücumlarından sonra fəaliyyətini dayandıran dördüncü neft emalı zavodu olub.
Müəssisənin gündəlik emal gücü təxminən 115 min barel təşkil edir. Zavod 2024-cü ildə 4,2 milyon ton neft emal edib, 1,8 milyon ton dizel yanacağı və 600 min ton benzin istehsal edib.
16:54 12.08.2026
Oxunuş sayı: 47