Novorossiyskdə taxıl terminalı Ukrayna hücumundan sonra fəaliyyətini dayandırıb
Novorossiyskdə yerləşən taxıl terminalı Ukraynanın hücumundan sonra fəaliyyətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Terminalın sahibi “Demetra Holding” obyektin zərər gördüyünü təsdiqləyib. Hazırda terminalın fəaliyyəti dayandırılıb və dəymiş ziyanın qiymətləndirilməsi aparılır.
Daha əvvəl OSINT analitikləri taxıl elevatoruna zərbə endirildiyini və bundan sonra yanğın baş verdiyini bildirmişdilər.
13:09 12.08.2026
Oxunuş sayı: 39