Şimal-qərb rayonlarında şəhidlər anılıb
Azərbaycanın şimal-qərb rayonlarında şəhidlər anılıb.
Crossmedia.az xəbər verir ki, Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında keçirilən anım mərasimlərində rayon icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayonların Şəhidlər xiyabanlarında Birinci Qarabağ və Vətən müharibələri, 2022-ci ilin sentyabr döyüşləri, 2023-cü ilin lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub və məzarlarına gül dəstələri düzülüb.
Saat 12:00-da şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. (report)
13:17 27.09.2026
Oxunuş sayı: 46