Novorossiyskə kütləvi dron hücumu: uşaq öldü
Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhəri kütləvi dron hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, gecə boyu yüzlərlə PUA-nın hücumu dəf edilib.
Hücum nəticəsində 8 yaşlı uşaq həlak olub, biri uşaq olmaqla 8 nəfər yaralanıb.
Bundan əlavə, pilotsuz katerlərlə də hücum qeydə alınıb. PUA qalıqlarının yaşayış binalarına, kommersiya obyektinə və tikinti sahəsinə ziyan vurduğu bildirilib.
Hücumun mümkün hədəflərindən birinin Rusiyanın Qara dənizdəki ən böyük limanlarından biri olan Novorossiysk limanı olduğu ehtimal edilir.
11:45 12.08.2026
Oxunuş sayı: 43