Rusiyadan gözlənilməz mesaj: Diplomatik həll mümkündür
Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həllində maraqlıdır və bu prosesdə Ankoricdə əldə olunan razılaşmaları nəzərə almağa hazırdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
XİN-dən qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsinin siyasi-diplomatik həlli üçün danışıqlara açıqdır.
Rusiyanın açıqlamasında Ankoric razılaşmalarının mümkün nizamlanma prosesində əsas amillərdən biri kimi nəzərdən keçirildiyi vurğulanıb.
Qeyd edək ki, Ankoric razılaşmaları ifadəsi ABŞ və Rusiya nümayəndələri arasında Ankoricdə keçirilən görüşlər zamanı əldə olunan razılaşmalara istinad edir.
20:20 27.07.2026
Oxunuş sayı: 10