Fransa ABŞ-lə gərginliyi aradan qaldırdı
Fransa ABŞ-lə münasibətlərdə BMT Baş Assambleyasındakı səsvermə ilə bağlı yaranan sosial media qalmaqalını aradan qaldırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Fransanın Cenevrədəki BMT nümayəndəliyi iyul ayında ABŞ-nin insan haqlarına bağlılığını şübhə altına alan paylaşımına görə mövqeyini dəqiqləşdirib.
Nümayəndəlik bildirib ki, iki ölkənin səsvermə zamanı fərqli mövqe tutması yalnız bir məsələyə aid olub və insan haqlarının müdafiəsi ilə əlaqəli deyil. Fransa bunun ABŞ-lə sıx dialoqa və iki ölkə arasındakı tarixi müttəfiqliyə təsir etmədiyini vurğulayıb.
23:38 13.09.2026
Oxunuş sayı: 49