Qırğızıstan rusiyalı Z-bloqeri ölkədən çıxardı
Qırğızıstan hakimiyyəti Rusiyanın Z-bloqeri Viktor Vasilyevi ölkədən deportasiya edib və onun ölkəyə girişinə 10 il müddətinə qadağa qoyub.
Crossmedia.az xəbər verir ki, "Kloop" bu barədə məlumat yayıb.
Məlumata görə, Viktor Vasilyev Rusiya ordusuna könüllülərin cəlb olunmasında iştirak etməkdə ittiham olunur.
Qırğızıstanın səlahiyyətli orqanları bloqeri ölkədən çıxarmaqla yanaşı, onun növbəti 10 il ərzində ölkəyə girişini də qadağan edib.
Rusiya tərəfi və Viktor Vasilyev məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
17:18 25.07.2026
Oxunuş sayı: 61