Səudiyyə Ərəbistanında iki hava limanının fəaliyyəti dayandırılıb
Səudiyyə Ərəbistanında yerləşən iki hava limanında əməliyyatlar müvəqqəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə regional mənbələr məlumat yayıb.
Məlumata görə, Yəməndə həyata keçirilən hərbi əməliyyatlardan sonra Cizan şəhərindəki Kral Abdullah bin Əbdüləziz hava limanı və Yanbu şəhərindəki Əmir Əbdülmöhsün bin Əbdüləziz hava limanı müvəqqəti bağlanıb.
11:41 25.07.2026
Oxunuş sayı: 57