İran ABŞ-nin ələ keçirdiyi sualtı aparatın sirlərini araşdırır
İran ABŞ-ə məxsus pilotsuz sualtı aparatı ələ keçirdikdən sonra onun əsas sistemlərini araşdırmaq imkanı əldə edib.
Crossmedia.az xəbər verir ki, “Fars” bu barədə məlumat yayıb.
Məlumata görə, iranlı mütəxəssislər aparatda yerləşən sensor kompleksi, kameralar, naviqasiya və rabitə vasitələri, eləcə də digər komponentləri tədqiq edirlər.
Tehranda əldə olunan məlumatlardan öz pilotsuz sualtı aparatlarının layihələndirilməsi və gələcəkdə hazırlanması prosesində istifadə etməyi planlaşdırırlar.
23:03 09.09.2026
Oxunuş sayı: 42